14.09.2021 18:23
530
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya"nın baş məşqçisi Çeslav Mixneviç komandasının hazırkı durumu haqqında danışıb.
"CEMPİON.AZ" sport.tvp.pl-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Spartak"la matç öncəsi mətbuat konfransında komandanın oyun sistemində dəyişikliklər etmək istədiyini deyib:
"Yay transfer pəncərəsində yeni oyunçluar gəldi. Artıq transfer pəncərəsi arxada qalıb. Hazırda imkanlarımızı və komandamızın durumunu bilirik. Bu mənada rahatıq. Bütün yaxşı oyunçularımızdan istifadə etməliyik. Mahir Emreli, Jozue Soareş, Ernest Muçi və başqalarının oynaya biləcəkləri sistem tapmaq istəyirəm. Hücum potensialımız var və bundan yararlanmaq niyyətindəyik. Hər qarşılaşmada rəqib meydanında özünü rahat hiss edən ən azı 5 oyunçunun olmasını istəyirəm".
Qeyd edək ki, sabah keçiriləcək "Spartak" - "Legiya" oyunu Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.