cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

"Azərbaycanda mənə sevgi göstərildi”

15.09.2021 13:43 Oxundu 467


"Səbail"in sabiq futbolçusu Hendrik Ekşteyn Azərbaycanda keçirdiyi vaxtlar haqqında danışıb. 

"CEMPİON.AZ" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Afrika mətbuatına açıqlamasında Azərbaycanın karyerasının zirvəsi olduğunu deyib:
“Azərbaycanın iki fərqli klubunda oynadım vər hər birində mənə olan davranışdan məmnun qaldım. Orda bir neçə kiçik problem yaşamağıma baxmayaraq, Azərbaycana getmək qərarından peşman deyiləm. “Səbail”də olarkən “Çelsi”nin keçmiş futbolçusu Maykl Essyenlə çiyin-çiyinə çıxış etdim. Azərbaycan karyeramın zirvəsi idi. Essyenlə hələ də əlaqəni davam etdiririk. Ümumiyyətlə, Azərbaycanda mənə sevgi göstərildi”.
Qeyd edək ki, Ekşteyn Azərbaycan komandalarından "Sabah"da da onayıb. Son 2 mövsümü "Səbail"də keçirən futbolçu hazırda Cənubi Afrika Respublikası təmsilçisi “Amazulu”da çıxış edir.