cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

"Legiya"nın sahibi transferlərdən danışdı

15.09.2021 15:24 Oxundu 414


“Son transferlərdən razıyam. Hazırkı heyət hərtərəfli güclüdür və baş məşqçiyə də geniş seçim imkanı yaradır”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” klubunun sahibi və prezidenti Dariuş Mioduski deyib.
Futbol funksionerləri Emreli də daxil olmaqla yay fasiləsində reallaşdırdıqları transferləri ümumi dəyərləndirib: “Yayda 10 transfer həyata keçirdik. Bu oyunçuları “transfer pəncərəsi”nin ilk günlərində ala bilməzsiniz. Ancaq yenə də bu dönəmi sürətli keçirməyə çalışdıq. Həmin futbolçuları bir mövsümlük deyil, gələcəyin heyətini formalaşdırmaq üçün gətirmişik. Bu baxımdan bizə müəyyən dəyərə malik oyunçular gəlib. Onlar oyunları ilə getcikdə həm özlərinin, həm də komandanın dəyərini artıracaqlar. Hazırda ən gənc komandalardan biriyik”.
Qeyd edək ki, "Legiya"ya "Qarabağ"dan keçən Mahir Emreli Polşa klubu ilə 2+1 illik müqavilə bağlayıb.