cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

"Çelsi" yeni müdafiəçi tapdı

15.09.2021 15:42 Oxundu 418


İspaniyanın “Sevilya” klubunun futbolçusu Jül Kunde karyerasını İngiltərədə davam etdirə bilər.

"CEMPİON.AZ" xəbər verir ki, müdafiəçi “Çelsi”nin maraq dairəsindədir.
London təmsilçisi komandadan gedəcəyi gözlənilən Antonio Rudigeri fransalı ilə əvəzləmək istəyir. Rudiger “Çelsi” ilə müqaviləni uzatmaqdan imtina edir. Bu üzdən də Premyer Liqa klubu alternativ variant axtarışındadır.
Qeyd edək ki, Jüs Kunde “Sevilya”ya 2019-cu ildə “Bordo”dan keçib.