cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

Maksim Medvedev: "Bakı Olimpiya Stadionunda oyunumuz alınmır"

15.09.2021 18:13 Oxundu 449

“Sabah bizi ağır oyun gözləyir. Çox məsuliyyətli matç olacaq”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Maksim Medvedev Konfrans Liqasının qrup mərhələsinin I turunda “Bazel”lə keçiriləcək oyun barədə danışarkən deyib.
32 yaşlı müdafiəçi sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma öncəsi mətbuat konfransına qatılıb. Medvedev qələbə ilə başlamaq istədiklərini söyləyib: “Ab-hava yaxşı vəziyyətdədir. Səbrsizliklə bu qarşılaşmanı gözləyirəm. İstəyirik ki, özümüzü yaxşı tərəfdən göstərək. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, uğurlu nəticə qazanacağıq. Rəqibi təhlil etmişik. Hələ də analiz üçün vaxtımız var”.
Medvedev görüşün Bakı Olimpiya Stadionuna (BOS) salınmasına da münasibət bildirib: “Biz mərkəzi arenada oynamağı öyrəşmişik. Ora bizim üçün uğurlu stadiondur. BOS-da isə oyunumuz alınmır və yaxşı nəticə qazana bilmirik. Bu tilsimi qırmaq istəyirik”.