cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

 "Bazel"in baş məşqçisi: "Sabah eyni səviyyəli komandalar üz-üzə gələcək"

15.09.2021 20:08 Oxundu 510


"Bu oyuna yaxşı hazırlıq keçmişik. Rəqib haqqında məlumat toplamışıq. Mövsümə yaxşı başlamışdıq. Məqsədimizə nail olaraq Konfrans Liqasının qrup mərhələsinə yüksəldik. Çempionatda sonuncu dəfə "Luqano" ilə matçda yaxşı oynadıq, amma qələbə qazana bilmədik. Bu səbəbdən psixoloji təzyiq olacağını düşünmürəm".

"CEMPİON.AZ" xəbər verir ki, bu fikirləri İsveçrənin "Bazel" klubunun baş məşqçisi Patrik Rahmen Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan əvvəl mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis Ağdam təmsilçisini özləri ilə eyni səviyyədə gördüklərini bildirib: "Onlarla eyni səviyyədə çıxış edirik. Biz də oyun ərzində topa sahib olmaq niyyətindəyik. Sabah eyni səviyyəli komandalar üz-üzə gələcək. Bizi maraqlı oyun gözləyir. Qrupda yalnız Qazaxıstan "Kayrat"ı haqqında elə də çox məlumata sahib deyiləm. Çətin qrupa düşdüyümüzü deyə bilərəm. Hamısı güclü rəqiblərdir. Kiprin "Omoniya" klubunu da unutmaq olmaz. Bizi qarşıda maraqlı görüşlər gözləyir".
Rahmen sabahkı matçda yaxşı oyun nümayiş etdirib 3 xal qazanmaq istədiklərini diqqətə çatdırıb: "Bizi çətin və güclü rəqiblə matç gözləyir. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdır. Avropa çempionatı zamanı İsveçrə millisinin oyunlarını baxmışam. Bakı Olimpiya Stadionu çox yaxşı arenadır".
O, "Qarabağ"ın bir neçə oyununu izlədiyini vurğulayıb: "Cinahda aktiv olan futbolçuları bizə çətinlik yarada bilər. Bizi gərgin və maraqlı qarşılaşma gözləyir. Sabahkı oyun üçün səbirsizlənirik".
Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq.