cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

"İspaniya La Liqası öz qapısına qol vurdu"

15.09.2021 20:41 Oxundu 468


"Bavariya"nın sabiq baş direktoru Karl-Haynz Rummeniqqe Lionel Messinin "Barselona"dan ayrılmasını şərh edib.

"CEMPİON.AZ" "Bild"ə istinadən xəbər verir ki, o, argentinalı hücumçunun gedişindən sonra Kataloniya təmsilçisinin ruhunu itirdiyini deyib:
"Komandaya baxdıq və hansı taktikadan istifadə etdiklərini gördük. Messi ayrıldıqdan sonra "Barselona"nın ruhu itdi. Çətin günlər yaşayırlar. Onunla yollar ayrılmalı idi. Bu qərarı verən İspaniya La Liqası öz qapısına qol vurdu".
Qeyd edək ki, Messi və "Barselona" yeni müqavilə ilə bağlı razılığa gəlmişdi. Ancaq La Liqa  klubun maliyyə problemləri səbəbindən "Barsa"nın Messini qeydiyyatdan keçirməsinə mane olub.