16.09.2021 13:25
413
“Bavariya” futbolçusu Leon Qoretska ilə müqavilənin müddətini uzadıb.
"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalanıb. Lakin müqavilənin maliyyə detalları açıqlanmayıb.Ancaq Almaniya mətbuatı onun maaşını illik 12-15 milyon avro olacağını yazıb. Qeyd edək ki, Qoretska 2018-ci ildən Münhen təmsilçisində oynayır. O, ötən mövsüm bütün turnirlərdə 32 matçda 8 qol vurub və 7 qolun ötürməsini verib.