cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

"Şerif" "Qarabağ" qabaqladı

16.09.2021 15:23 Oxundu 477


Avrokubokların qrup mərhələsinin ikinci oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.

"CEMPİON.AZ" xəbər verir ki, Avropanın 100 ən yaxşı komandası arasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb.
Bu, Ağdamın “Qarabağ” klubudur. Premyer Liqanın vitse-çempionu cədvəldə 1 pillə geriləyib. 18,500 xala malik Qurban Qurbanovun yetirmələri Avropanın 71-cisi adına şərikdir. Təmsilçimiz Niderland “Feyenoord”u ilə eyni xala malikdir.
Qrup mərhələsinin ilk matçları təmsilçimizin geriləməsinə səbəb olub. Çempionlar Liqasında “Şaxtyor”u 2:0 hesabı ilə məğlub edən “Şerif” xal hesabını 19,500-ə yüksəldib. “Qarabağ”ı keçən Moldova klubu Almaniya “Volfsburq”una çatıb.
Qeyd edək ki, Konfrans Liqasında mübarizə aparan ağdamlılar bu gün İsveçrə “Bazel”i ilə görüşəcək.