17.09.2021 13:56
432
"Barselona"nın 2020/21 mövsümündəki xərclərinin məbləği açıqlanıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kataloniya təmsilçisi 481 milyon avro zərərə uğrayıb.
Bildirilir ki, oktyabrın 6-dan etibarən maliyyə problemlərinə səbəb olan şəxslərin tapılması üçün bütün işçilərin yoxlanılmasına başlanacaq. Rəhbərlik 2021/22 mövsümündə bu çətinliklərlə üzləşməmək məqsədi ilə klubda ciddi dəyişikliklər etmək niyyətindədir.
Qeyd edək ki, "Barselona" hazırda La Liqanın turnir cədvəlində 7 xalla 7-cidir.