cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Son Hın Min: "Mançester Yunayted"in fanatı idim"

17.09.2021 20:22 Oxundu 464


"Tottenhem"in ulduz futbolçularından Son Hın Min uşaqlıq vaxtlarını xatırlayıb. 

"CEMPİON.AZ" "Direct Soccer"ə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi həmin dövrdə "Mançester Yunayted"ə azarkeşlik etdiyini deyib: 
"Uşaq olanda "Mançester Yunayted"in fanatı idim. Çünki həmin vaxt Pak Ji Sun (həmyerlisi) bu komandada oynayırdı. O, milli qəhrəmandır. Koreyada Ji Sunun iki ürəyi olduğunu söyləyirlər. O mənim yaxşı dostumdur. Ji Sun Cənubi koreyalı oyunçulara ümid və şans verdi. Premyer Liqada ilk koreyalı olduğu üçün çətin anlar yaşadı. Mən əvvəllər "Mançester Yunayted"ə azarkeşlik edirdim. Amma indi bunu bacarmıram". 
Qeyd edək ki, Pak Ji Sun 2005-2012-ci illərdə "qırmızı şeytanlar"da oynayıb. 
Əlavə edək ki, Son Hın Min 2015-ci ildən "Tottenhem"in formasını geyinir. O, bu mövsüm çıxdığı 3 matçda 2 qol vurub.