cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Braziliyalı Paulinyo klubsuz qalıb

19.09.2021 16:22 Oxundu 438


Braziliyalı Paulinyo bu iyulun 22-də transfer olunduğu Səudiyyə Ərəbistanının “Əl Əhli” klubunu tərk edib.

"CEMPİON.AZ" xəbər verir ki, 33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 “Əl Əhli” Paulinyonun fiziki və zehni olaraq diqqətini futbola verə bilmədiyini, bu səbəbdən də razılaşaraq müqaviləyə xitam verdiklərini açıqlayıb. 
Yarımmüdafiəçi 2015-2017-ci illərdə “Tottenhem”də, 2017-2019-cu illər aralığında “Barselona”da çıxış edib.