cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

Sənan Qurbanov: "Rəhbərlik desə, hər zaman getməyə hazıram"

19.09.2021 21:54 Oxundu 462


“Hər dəfə məğlubiyyətdən sonra nəsə danışmaq çətindir"
.
"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turunda “Neftçi” ilə keçirilən oyundan sonra keçirilən mətbuat konfransında deyib. 
0:3 hesablı məğlubiyyəti şərh edən çalışdırıcı bildirib: “Belə start gözləmirdik ki, 4 oyundan sonra xalsız qalaq. Bəlkə məşqlər bizi aldatdı, bəlkə transferlərdə tələsdik. Avrokuboklar bizi tələsdirdi. Təəssüf ki, səviyyə aşağı olan futbolçular gəldi. O pula daha yaxşısını almaq olardı. Bir az səbr edib başqa oyunçular gətirsəydim, bəlkə daha yaxşı olardı. Getmək asandır. İnsan nəyəsə inanır, çalışırsan ki, bəlkə düzələr. "Neftçi" də olsa, uduzmaq təsir edir. Əlimizdə düşən şanslardan istifadə edə bilmirik. Bu təzyiq üzərimizdə var. Qarşıdakı günlərdə nə olacaqsa olacaq".
Qurbanov istefanın gündəmdə olduğunu gizlətməyib: "Kuboku qazanandan sonra heç kim istefa barədə yazmırdı. Baş məşqçisiz necə kuboku qazanmaq olar? Hər məşqçi başa düşür ki, məğlubiyyət artdıqca çemodan dolur. Futbolda təsadüf olmur. Kuboku da təsadüfən qazanmamışıq. Rəhbərlik desə, hər zaman getməyə hazıram. İnsan düzəltməyə daha çox çalışmalıdır. İstefam gündəmdədir, burada təzminat söhbəti eləmirəm. Sabah rəhbərlik deyə bilər ki, sağ ol, işimiz bura qədərdir. İşimdən tutub yapışmamışam. Heç nədə qorxum yoxdur. İstefa lazım olsa, edəcəyəm. Bəlkə də, getməyim çıxış yoludur və ya əksinə. Yalvarıb burada qalmaq fikrim də yoxdur. Rəhbərlik nə əziyyət çəkdiyimi görür. Bəlkə də, rəhbərliyin yazığı gəlir ki, səhərdən axşama qədər əziyyət çəkir. Məğlubiyyətin birbaşa günahkarı mənəm. Legioner məşqçilərdən deyilik ki, təzminat tələb edək. Çıxış yolunu hamımız axtarırıq".