cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

Samir Abasov: "Allah bizə "Neftçi"də ömür versin"

19.09.2021 22:11 Oxundu 484


“Yeni gələn transferlərimiz yavaş-yavaş ritmə düşürlər".

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turunda “Keşlə” ilə keçirilən oyundan (3:0) sonra mətbuat konfransında deyib.
Abasov Sezar Meza Kolliyə şans verməsi ilə bağlı sualı belə cavablandırıb: “Hər oyundan sonra mətbuat konfranslarına baxıram. Amma məndən başqa heç kimə bu niyə oynamır, o niyə oynayır sualı verilmir. Sezar Meza Kolli zədələndi, ona görə ikinci hissədə oynamadı. Bizə yeni oyunçular qoşulub. Bəziləri üçün hətta bir hissə oynamağa da tam hazır deyil. Getdikcə hamısı formaya düşəcək. Məşqlərdə oyuçuların hamısı rəqabət hiss edirlər. Bu gün Tyaqodan xoş hərəkətlər gördük. İnşallah, yaxşı olar. Heç nə bir günə qurulmur. Allah bizə "Neftçi"də ömür versin, komandanı yüksək səviyyəyə çıxaracağımıza inanıram. Ən azı mən qarşıma avrokubokların qrupuna düşmək məqsədi qoymuşam. Yüz faiz qruplara düşəcəyik".
Çalışdırıcı bəzi itkilərin olduğunu söyləyib: "Bask və Harramizin övladı dünyaya gəldi, onlara icazə verdik. Baskda bir az problem oldu, gecə ilə getdi. İcazə verməsən də olmur. Fikirləri orada idi. Hətta Bask pis vəziyyətə düşmüşdü. Ömər Buludov da iki həftəlik karantindən çıxıb, bu gün ikinci məşqinə çıxmışdı. Xorxe isə yeni gəlib. İnanın ki, yeni gətirdiyimiz futbolçular hətta yay fasiləsinin əvvəlində bizim üçün əlçatmaz idilər".