19.09.2021 22:43
602
Mahir Emreli Polşa çempionatının 8-ci turunda "Legiya"nın heyətində meydana çıxıb.
"CEMPİON.AZ" xəbər verir ki, millimizin hücumçusu ölkə çempionatında ilk qolunu "Qurnik"in qapısından keçirib. Görüş "Legiya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir matçın 46-cı dəqiqəsində Tomaş Pekhartın əvəzinə meydan daxil olub. O, 79-cu dəqiqədə komandasının 3-cü qolunu vurub. 24 yaşlı hücumçu buna qədər Çempionlar Liqasında 2, Avropa Liqasında 3 və Polşa superkubokunda 1 qol vurmağı bacarsa da, çempionatda rəqib qapılarına yol tapa bilməmişdi.
"Legiya" bu nəticədən sonra 9 xalla 12-ci pillədə qərarlaşıb.