cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Ardıcıl 3 oyunda "Yuventus"a qol vurdu

20.09.2021 12:49 Oxundu 423


İtaliyanın “Milan” klubunun futbolçusu Ante Rebiç “Yuventus”un qəniminə çevrilib.

"CEMPİON.AZ" xəbər verir ki, 27 yaşlı xorvatiyalı hücumçu Turin klubuna qarşı ardıcıl üç oyunda qol sevinci yaşayıb.
Ante IV turun sentyabrın 19-dakı qarşılaşmasında seriyasını 3-ə çatdırıb. Bu görüş 1:1 hesabı ilə başa çatıb.
Rebiç İtaliyada qələbəyə görə üç xalın verilməyə başladığı 1994/95 mövsümündən sonra “Yuventus”a ardıcıl üç matçda qol vuran ilk oyunçudur.
Qeyd edək ki, Antenin Milanın eyniadlı klubu ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək.