cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Harri Keyn mövsümə uğursuz başlayıb

20.09.2021 13:18 Oxundu 440


“Tottenhem”in hücumçusu Harri Keyn 2021/22 mövsümünə uğursuz start götürüb.
"CEMPİON.AZ" xəbər verir ki, Premyer Liqada 5 tur geridə qalsa da, İngiltərə millisinin üzvü meydana çıxdığı 4 oyunda hələ qol hesabını açmayıb.
Bununla ulduz futbolçu 6 il əvvəlki uğursuz göstəricisini təkrarlayıb. O, 2015/16 mövsümündə də eyni durumla üzləşmişdi. 
Qeyd edək ki, “Tottenhem” hazırda 9 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.