20.09.2021 14:25
443
"Bavariya" hücumçusu Serj Qnabri ilə yeni müqavilə imzalamaq niyyətindədir.
"CEMPİON.AZ" Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisi 26 yaşlı oyunçusunun agentləri ilə danışıqlar aparır. Klub onunla müqavilənin 2026-cı ilin yayına kimi uzatmaq istəyir.
Qnabrinin hazırkı sözləşməsi 2023-cü ilin iyun ayına qədər qüvvədədir.
Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm Bundesliqada 5 matçda 3 qol vurub.