cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

“Mançester Yunayted” qərarını dəyişdi 

20.09.2021 16:48 Oxundu 433


“Mançester Yunayted” yarımmüdafiəçisi Cessi Linqardla bağlı qərarını dəyişib.

"CEMPİON.AZ" Premyer Liqa təmsilçisi hücumameyilli oyunçunu saxlamaq fikrinə düşüb.
Bir müddət əvvəl 28 yaşlı pleymeykeri satmağı planlaşdıran “qırmızı şeytanlar” indi yeni müqaviləyə çalışır. Baş məşqçi Ole-Qunnar Sulşerin də qalmasını istədiyi oyunçu ilə danışıqlara start verilib.
Qeyd edək ki, Cessi Linqardın “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.