20.09.2021 17:34
442
Kolumbiya millisinin futbolçusu Xames Rodriges karyerasını Asiyada davam etdirə bilər.
"CEMPİON.AZ" xəbər verir ki, yarımmüdafiəçi şərəfini qoruduğu İngiltərə “Everton”undan ayrılmağa yaxındır.
Buna səbəb baş məşqçi Rafael Beniteslə cənubi amerikalı arasında problemdir. İspaniyalı mütəxəssis Premyer Liqanın cari mövsümündə futbolçuya şans verməyib.