20.09.2021 18:19
455
Məşhur futbolçu Devid Bekhemin oğlu Romeo Bekhem ilk rəsmi matçına çıxıb.
"CEMPİON.AZ" xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ABŞ-ın 3-cü Liqasında mübarizə aparan "Fort Loderdeyl"in heyətində "South Georgia Tormenta" ilə oyunda iştirak edib. Romeo 2:2 hesabı ilə başa çatan görüşə start heyətdə çıxıb və 79-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Romeo sentyabrın 4-də sözügedən klubla sözləşmə imzalayıb.