"Məğlub olmağa gəlməmişdik. Birinci hissədəki səhv penalti ilə nəticələndi. Bilirdik ki, rəqib belə səhvi bağışlamır. Futbolda belə səhvlər olur".
"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın 6-cı tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis ikinci hissədə komandasından razı qaldığını bildirib: "Bəzi epizodlarda sonluq çatmadı. Komandamızın potensialı var. Daha yaxşı olacağıq. Buna inanıram. Növbəti görüşlərə köklənməliyik".
A.Abbasovun sözlərinə görə, hücumçular Əli Qurbani və Səid Rzazadə qarşılaşmanın sonlarında yaxşı oynayıb: "Meydanda mübarizə oldu. Futbolçular qapıya düzgün düşə bilsəydilər, qol vura bilərdik. 0:1 hesabı ilə geridə idik. Futbolçularda istək var.
Vaxt keçdikcə istər-istəməz bədəndə gümrahlıq itir. Çempionat həqiqətən gərgin keçir. Unutmayaq ki, "Qarabağ"a qarşı oynayırdıq. Səid Rzazadənin oyununu izləmişik. Yeni gəlib. Bu gün istədik ki, çempionatın ab-havasını hiss etsin. Oyunlarda müxtəlif rotasiyalar edəcəyik".
BİZİM FUTBOL
Ayxan Abbasov: "Komandamızın potensialı var"
20.09.2021 23:04
560