Türkiyənin "Beşiktaş" klubu daha üç aparıcı futbolçusunu itirib.
Yeniavaz.com yerli mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi Raşid Gezzal və hücumçu Mişi Batşuayi VI turda "Adana Demirspor"a qarşı keçirdikləri matçda sıradan çıxıb.
Onlar növbəti tur "Altay"la görüşdə meydana çıxa bilməyəcəklər. Hər iki oyunçunun Niderlandda "Ayaks"a qarşı Çempionlar Liqasının qrup mərhələsinin II tur görüşündə iştirakı sual altındadır. Bundan əlavə, Valentin Rozye Adana təmsilçisi ilə görüşdə qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşüb.
Daha əvvəl Domaqoy Vida, Kevin N Kudu, Necip Uysal, Mehmet Topal və Aleks Teyşeyranın zədəli olduğu bəlli olub.
Qeyd edək ki, "Beşiktaş" - "Adana Demirspor" qarşılaşması 3:3 hesablı heç-heçə ilə bitib. Sentyabrın 24-də keçiriləcək "Altay" - "Beşiktaş" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
DÜNYA FUTBOLU
"Beşiktaş"ın bu futbolçuları zədələndi
22.09.2021 16:49
472