23.09.2021 12:27
463
“Bavariya”nın hücumçusu Robert Levandovski yaxın keçmişdə “Real”a keçmək variantının olduğunu təsdiqləyib.
"CEMPİON.AZ" xəbər verir ki, polşalı futbolçu hətta “kral kubu”nun prezidenti Florentino Pereslə görüşdüyünü də etiraf edib.
Ancaq 33 yaşlı forvard gələcəyi ilə bağlı nəsə deməkdən boyun qaçırıb: “Florentino Pereslə bir neçə dəfə görüşmüşük. Həmin görüşlərdən biri “Real”la oyundan sonra baş tutub. Söhbət zamanı nələr danışıldığını deyə bilmərəm. Hazırda yüz faiz “Bavariya”ya köklənmişəm. Komandamdan başqa heç nə düşünmürəm”.
Qeyd edək ki, Robert Levandovski ötən mövsüm Bundesliqanın 29 oyununda 41 qol vurub.