cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

"Sevilmək istəyirsə, fərqli davranmalıdır"

23.09.2021 18:25 Oxundu 432


"Metz"in baş məşqçisi Frederik Antonetti PSJ-nin hücumçusu Kilian Mbappenin davranışını tənqid edib.

"CEMPİON.AZ" xəbər verir ki, fransalı hücumçu "Metz"lə görüşün (2:1) 90+5-ci dəqiqəsidə Aşkraf Hakimin vurduğu qoldan sonra rəqib komandanın qapıçısı Aleksander Ukidjenin yanına qaçıb və ona qışqıraraq qələbə qolunu qeyd edib.
Matçdan sonra Antonetti Mbappe ilə bağlı deyib: "Mbappe xoşuma gəlir, amma sevilmək istəyirsə, fərqli davranmalıdır. Daha təvazökar olsaydı, ona yaxşı olardı".