"Zirə"nin yeni transferi Loris Bronyo paytaxt təmsilçisinə keçidi barədə danışıb.
"CEMPİON.AZ" xəbər verir ki, o, "voetbalkrant.com" saytına açıqlamasında deyib:
"Yay transfer pəncərəsində seçim etmək üçün tələsmədim və təklifləri dərindən incələdim. İsrail, Ruminiya, Niderland və Səudiyyə Ərəbistanından da təkliflərim var idi. Fikrimcə, düzgün addım atdım. Yalan danışmayacağam, burada yaxşı maliyyə şərtləri də rol oynadı. Amma Səudiyyə Ərəbistanına getsəydim, daha çox pul qazana bilərdim. Digər tərəfdən, Belçika klublarının konkret təkliflə müraciət etməməsi məni məyus etdi".
29 yaşlı forvard yeni komandasında özünü yaxşı hiss etdiyini söyləyib: "Bakı Avropa şəhərləri kimidir, sürətlə böyüyür. Bakı olimpiya Stadionunun yaxınlığında yaşayır, oradakı meydançada məşq edirik. Yalnız oyun günləri paytaxtdan 13 kilometr aralıda yerləşən Zirəyə gedirik. Çempionatın səviyyəsi yaxşıdır, oyunlar gərgin keçir.
Baş məşqçi Rəşad Sadıqovyüksək intensivlikli oyun üslubuna üstünlük verir. Bu isə mənim xoşuma gəlir. Sadıqov Azərbaycan futbolunun keçmiş ulduzudur. Burada onu hamı tanıyır və hörmət edir. O, əsl rəhbərdir. Baş məşqçi hamını qanadım altına almağı və təcrübəmi komanda ilə bölüşməyimi istəyir. O, mənim üzərimə çox məsuliyyət qoyur və bunu yüksək qiymətləndirirəm".
Qeyd edək ki, "Zirə" Loris Bronyo ilə 2 illik müqavilə imzalayıb.
BİZİM FUTBOL
"Rəşad sadıqov mənim üzərimə çox məsuliyyət qoyur"
25.09.2021 14:40
459