çərşənbə, 27 noyabr 2024

BİZİM FUTBOL

Elmar Baxşıyev: "Komandanı çətin oyuna hazırlamışdıq"

26.09.2021 22:34 Oxundu 481


“Sabah Vətən müharibəsinin anım günüdür. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qarşılaşmanın belə çətin keçəcəyini gözləyirdik. “Sumqayıt”ın təzyiq edəcəyini bilirdik".

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 5-ci turunda bu gün "Sumqayıt"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, səfərdə qeydə alınan qolsuz heç-heçəni belə şərh edib: "Əvvəlki görüşlərimizə baxsaq, dinamik oyuna şahid olarıq. Komandanı çətin oyuna hazırlamışdıq. Bilirdik ki, ötən matçdan sonra daha ağır olacaq. Bunu məşqçilər də, futbolçular da dərk edirdi. Heç bir eyforiya yox idi. Futbolçular istədiyimizi meydanda yerinə yetiməyə çalışırdı. Düşünürəm ki, layiqli bir xal qazandıq. Biz məşqçilər texniki zonada narazı olduğumuz üçün qışqırmırıq. Futbol emosiyalar oyunudur. Qapıçımız normal oynadı. Biz məşqlərdə də onun üzərində çalışırıq ki, Nicat Mehbalıyev hücumların başlanmasında iştirak etsin. Ona belə epizodları dəyərləndirməyi deyirdik”.