26.09.2021 23:45
465
“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Ferran Torresə “elçi düşüb”.
"CEMPİON.AZ" Kataloniya klubu mövsümün sonunda ispaniyalı hücumameyilli oyunçunu vətənə qaytarmaqda maraqlıdır.
“Barsa” rəhbərliyi hətta bu yay keçidə cəhd etsə də, “şəhərlilər” müsbət cavab verməyib. Premyer Liqa təmsilçisi əvəzində hücumçusu Rahim Sterlinqi icarəyə təklif edib. Lakin bunu da ispanlar rədd edib. La Liqa klubu gələn yay Torres üçün yenidən qarşı tərəfə təklif göndərəcək.
Qeyd edək ki, Ferran Torres “Mançester Siti”yə ötən il “Valensiya”dan keçib.