“Sportinq”in yarımmüdafiəçisi Mateus Nunyes milli komanda ilə bağlı seçimini edib.
"CEMPİON.AZ" xəbər verir ki, braziliyalı futbolçu öz ölkəsinin yığmasında oynamayacaq.
“Eştoril”in yetirməsi olan 23 yaşlı orta sahə oyunçusu futbolun sirlərini öyrəndiyi Portuqaliyanın millisinə üstünlük verib. O, hər iki yığmanın baş məşqçisi ilə müzakirələrdən sonra bu qərara gəldiyini açıqlayıb: “Belə nəticəyə gəldim ki, Portuqaliya millisində oynamaq daha yaxşıdır. Burada daha xoşbəxt olacağımı düşünürəm”.
Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş növbəti toplanışa Nunyesi dəvət etməyi planlaşdırır.
Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Portuqaliya yığması oktyabrın 9-da Qətərlə yoldaşlıq görüşü, üç gün sonra isə Lüksemburqla rəsmi oyun keçirəcək.
DÜNYA FUTBOLU
Brazilyalı futbolçu Portuqaliya millisində
28.09.2021 18:11
458