çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

"Bavariya" 21 yaşlı futbolçu ilə maraqlanır

28.09.2021 19:21 Oxundu 445


"Bavariya" heyətini gücləndirmək üçün futbolçu axtarışındadır. 

"CEMPİON.AZ" xəbər verir ki, Münhen təmsilçisi "Ayaks"ın oyunçusu Antoni ilə yaxından maraqlanır. Klub ötən yay transfer pəncərəsində bu keçidi reallaşdırmaq istəsə də, alınmayıb. "Bavariya" növbəti qış transfer pəncərəsində 21 yaşlı yarımmüdafiəçini sıralarına cəlb etməyə çalışacaq. Lakin qarşı tərəf Antoni üçün ən az 20 milyon avro tələb edəcək. 
Qeyd edək ki, Antoni ötən ildən "Ayaks"da oynayır.