çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Pioli: "Çakır "Atletiko"nun lehinə qərarlar verdi"

29.09.2021 14:26 Oxundu 436

Türkiyəli FİFA referisi Cüneyt Çakır Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Milan" - "Atletiko" matçındakı qərarlarına görə tənqid olunub. 
"CEMPİON.AZ" xəbər verir ki, təcrübəli hakimin görüşün 90+7-ci dəqiqəsində "Milan"ın qapısına təyin etdiyi penalti italiyalı azarkeşlərin qəzəbinə səbəb olub. A seriyası təmsilçisinin futbolçusu Pyer Kalulu topa əllə toxunduğuna görə onun klubu cəzalandırılıb. "Atletiko"nun hücumçusu Luis Suares isə bundan yararlanaraq penaltini dəqiq yerinə yetirib. Nəticədə "Atletiko" 2:1 hesablı qələbə qazanıb.
"Milan" azarkeşləri isə penalti epizoduna VAR vasitəsi ilə qərar verilmədiyi üçün Çakırı sərt tənqid ediblər.
Həmçinin "Milan"ın baş məşqçisi Stefano Pioli oyundan sonra açıqlamasında Çakırın qərarlarından razı qalmadığını bildirib:
"Matçın hakimi Cüneyt Çakır karyerasındakı ən yaxşı oyununu keçirə bilmədi. Frenk Kiesseyə ikinci sarı vərəqənin verilməsi də ağır idi. Həmçinin penalti qərarı da doğru deyildi. Çakır hər iki tərəfin bərabər olduğu vəziyyətdə "Atletiko"nun lehinə qərarlar verdi".