çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

"Sabah “Qarabağ”ı məğlub etməliyik"

29.09.2021 15:19 Oxundu 433


“Omoniya”da işlər bir az çətindir. Komanda çempionatın startında yaxşı çıxış etmədi, geriləmə var”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu “Omoniya”nın veteran futbolçusu Andreas Kanaris komandanın hazırkı durumunu dəyərləndirərkən deyib.
71 yaşlı mütəxəssis kiprlilərin Konfrans Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la keçirəcəyi matça da münasibət bildirib: “Heyətdə çox zədəli var. Ancaq inanıram ki, onlar tezliklə sağalacaq. Konfrans Liqasında “Kayrat”a qarşı daha yaxşı çıxış etmək olardı. Heç-heçə də yaxşı nəticədir. Sabah “Qarabağ”ı məğlub etməliyik. Bu baş versə, “Omoniya” növbəti mərhələyə vəsiqəni 70-80 faiz təmin edəcək”.
Qeyd edək ki, sabah Nikosiyanın GSP stadionunda keçiriləcək “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.