"Matçı səbirsizliklə gözləyirik. Evdə azarkeşlərimiz qarşısında oynamaq bizim üçün yaxşıdır".
"CEMPİON.AZ" xəbər verir ki, bu fikirləri Kiprin "Omoniya" klubunun baş məşqçisi Henninq Berq evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis meydana hansı taktiki sxemlə çıxacaqlarını açıqlaq istəmədiyini bildirib: "Görüşün çətin keçəcəyini bilirik. Qalib gəlməyə çalışacağıq. Bilirik ki, bunu etsək, qrupdan çıxmaq şansımız artacaq. Doğma meydanda qələbə qazanmaq əla olardı. Harada mübarizə aparmağımızdan asılı olmayaraq, meydana 3 xal üçün çıxırıq. "Qarabağ" təsnifat mərhələsində AEL-i mübarizədən kənarlaşdırıb, qrupdakı ilk matçında isə "Bazel" lə heç-heçə edib. Yaxşı komandaya qarşı çətin oyun gözləyirik".
Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
BİZİM FUTBOL
"Qarabağ"ı məğlub etsək qrupdan çıxmaq şansımız artacaq"
29.09.2021 19:28
466