29.09.2021 20:21
467
“Yenidən burada olmağımız bizim üçün yaxşıdır".
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin II turunda “Omoniya” ilə keçiriləcək oyun barədə danışarkən deyib.
Sabah Nikosiyanın GSP stadionunda keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransında fikirlərini səsləndirən təcrübəli mütəxəssis komandasının hazırkı durumunu dəyərləndirib: “Qarşılaşdığımız hər komandanın öz fəlsəfəsi var. "Omoniya" çox yaxşı komandadır. Diqqətli olmalı, çox yaxşı oyun göstərməliyik".