29.09.2021 20:43
770
“Omoniya"ya qarşı çətin oyunumuz olacaq".
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Kevin Medina Konfrans Liqasının qrup mərhələsinin II turunda “Omoniya” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.
28 yaşlı kolumbiyalı müdafiəçi sabah Nikosiyanın GSP stadionunda keçiriləcək qarşılaşmaya hazır olduqlarını söyləyib: “Uzun səyahət etmişik. Buna baxmayaraq, məqsədimiz yaxşı oyun göstərməkdir".