30.09.2021 14:54
442
Çempionlar Liqasında “Bavariya”dan sonra “Benfika”ya da 0:3 hesabı ilə məğlub olan “Barselona”da baş məşqçi Ronald Kuman hər an istefaya göndərilə bilər.
"CEMPİON.AZ" xəbər verir ki, Kataloniya təmsilçisi yeni çalışdırıcı axtarışını davam etdirir.
Lakin bu məsələdə fikir ayrılıqları yaşanır. Klub rəsmilərindən Xordi Kroyff Belçika millisinin baş məşqçisi Roberto Martinesi təklif edibsə, rəhbərlik sabiq futbolçuları Xavi Ernandesə üstünlük verir. Prezident Joan Laportanın bir nömrəli namizədi isə Andrea Pirlodur.
“Yuventus”dakı uğursuzluğa baxmayaraq, Laporta gənc mütəxəssislə danışıqlara başlayıb.