çərşənbə, 27 noyabr 2024

BİZİM FUTBOL

“Zirə”nin menecerləri ilə telefon danışığı oldu"

30.09.2021 16:46 Oxundu 469


“Beerşot”dan ayrılmağımın səbəbi Belçika klubunun mənə təklif etdiyi yeni müqavilənin şərtlərinin ürəkaçan olmaması idi”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu yay fasiləsində “Zirə”yə keçən Loris Broqno deyib.
“Beerşot”dan ayrılaraq Azərbaycan təmsilçisi ilə 2 illik müqavilə imzalayan 29 yaşlı belçikalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında seçimini belə əsaslandırıb: “Avqustun 13-də “Zirə” ilə müqavilə imzaladım. “Beerşot”la sözləşməm bitdi, klub diqqətimi çəkən variantdan istifadə etmək istəmədi. Buna görə də qısa müddətdə seçim etməli oldum. Yayın əvvəllərində “Zirə”nin menecerləri ilə telefon danışığı oldu. Danışıqlar müsbət nəticələndi və bura gəldim. Yeni klubumda məndən gözlənti böyükdür”.