çərşənbə, 27 noyabr 2024

BİZİM FUTBOL

“Omoniya”nın futbolçu: "Son iki qolu ümumiyyətlə buraxmalı deyildik"

01.10.2021 15:52 Oxundu 422


“Biz oyuna yaxşı başlamışdıq. Amma ikinci hissədə rəqib gözəl qolla hesabı bərabərləşdirdi. Bilmirəm, ikinci hissədə bizə nə oldu”.

"CEMPİON.AZ" xəbər verir ki, Kipr mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Omoniya”nın yarımmüdafiəçisi Yan Letsyaks bildirib.
Konfrans Liqasının ikinci turunun “Qarabağ”a qarşı matçında (1:4) Letsyaks komandasının yeganə qolunun müəllifi olub. 
“Qol vurmağıma baxmayaraq, biz uduzduq. Ona görə də sevinmirəm. Son iki qolu ümumiyyətlə buraxmalı deyildik. İki turdan sonra bizim cəmi 1 xalımız var. İndi “Bazel”lə iki oyunda maksimum xal toplamalıyıq. Pis və yaxşı günlər olur. Biz hamımız bu vəziyyətdən çıxmalıyıq. Bu gün bəxtimiz gətirmədi”.