"Atletiko"nun hücumçusu Luis Suares sabiq klubu "Barselona"nın baş məşqçisi Ronald Kumanla birlikdə çalışmaqdan danışıb.
"CEMPİON.AZ" xəbər verir ki, məhz niderlandlı mütəxəssisin Kataloniya təmsilçisinə baş məşqçi təyin olunmasından sonra uruqvaylı oyunçu komandanı tərk edib.
Sport.es-ə açıqlamasında Suares Kumanla bağlı deyib: "Məni başqa bir yerdə məşq etməyə göndərdi, sanki 15 yaşlı bir oyunçu idim. Bu, məni çox əsəbiləşdirdi,
evə getdim, bu hörmətsizliyə görə ağladım. Eyni zamanda heç vaxt ona hörmətsizlik etməmişəm.
Heç nə olmamış kimi məşq etdim, peşəkar olaraq qaldım. Eyni zamanda ən yaxşı həll yolunu axtarırdım. Klub prezidenti Bartomeu mənim komandaya zərər verdiyimi söylədi. Sonra Kuman məni danışığa çağırdı. Bu, dəhşətli idi".
DÜNYA FUTBOLU
"Bartomeu komandaya zərər verdiyimi söylədi"
02.10.2021 10:17
593