02.10.2021 14:17
458
2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.
"CEMPİON.AZ" xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə 56 bombardirin adı yer alıb.
Azərbaycan millisinin futbolçusu Mahir Emreli də siyahıda yer alıb. O, bu il “Qarabağ” və "Legiya"da 23 qola imza atıb.
24 yaşlı hücumçu cədvəldə 42-48-ci pillələri bölüşür. Millimizin üzvü Haris Seferoviç, Robinyo, Antuan Qrizmann, Çiro İmmobile, Andre Silva kimi tanınmış hücumçuları qabaqlayır.
Siyahıya isə 50 qola imza atan Robert Levandovskid başçılıq edir. "Bavariya"nın polşalı hücumçusunu Erlinq Holann (41) və Lionel Messi (37) izləyir.
Qeyd edək ki, Mahir çempionatlarda 13, kuboklarda 4, avrokuboklarda 6 dəfə fərqlənib.