çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Klaudio Ranyeri yenidən Premyer Liqada çalışa bilər

04.10.2021 09:38 Oxundu 454


İngiltərə Premyer Liqasında ilk baş məşqçi istefası gerçəkləşib.

"CEMPİON.AZ" xəbər verir ki, “Uotford” Xisko ilə yollarını ayırıb.
“Lids”ə 0:1 hesablı məğlubiyyətdən sona ispaniyalı uğursuz nəticələr səbəbindən vəzifəsindən kənarlaşdırılıb. 7 oyunda 7 xal toplayan komanda 14-cü sırada qərarlaşıb.Klub rəhbərliyi artıq yeni baş məşqçi axtarışına başlayıb. Bu vəzifəyə əsas namizəd Klaudio Ranyeri hesab edilir. Təyinat baş tutsa, mütəxəssis yenidən Premyer Liqada çalışacaq.