çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Rusiya klubunda baş məşqçi istefası

05.10.2021 16:28 Oxundu 446


“Lokomotiv”in (Rusiya) baş məşqçisi Marko Nikoliç komandadan ayrılmağa hazırlaşır. 

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə 42 yaşlı mütəxəssisin meneceri Deyan Yoksimoviç Metaratings.ru-ya açıqlamasında danışıb. O, Nikoliçin Rusiya təmsilçisinin baş məşqçisi vəzifəsindən istefa verəcəyini deyib: 
“Bəli, Marko “Lokomotiv" dən ayrılır. Yeni bir klub haqqında danışmaq hələ tezdir. Düşünürəm ki, 90 faiz ehtimalla o, qışa qədər heç bir komandaya rəhbərlik etməyəcək”. 
Qeyd edək ki, Nikoliç ötən ildən “Lokomotiv”i çalışdırır.