05.10.2021 16:56
460
“Antalyaspor” yeni baş məşqçisini müəyyənləşdirib.
"CEMPİON.AZ" Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəhbərlik bu posta Nuri Şahini gətirmək qərarına gəlib.
Ərsun Yanalın dünən istefa verməsindən sonra baş məşqçi axtarışına başlayan antalyalılar komandanın futbolçusu Nuri Şahinlə razılığa gəliblər. Türkiyə Futbol Federasiyasında onun məşqçiliklə bağlı sənədləri həllini tapdıqdan sonra bu təyinat rəsmən açıqlanacaq. Nuri Şahinin köməkçilərini Almaniyadan gətirməsi gözlənilir.
Qeyd edək ki, ötən ilin yayından “Antalyaspor”un formasını geyinən Nuri Şahinin müqaviləsi mövsümün sonuna qədər olsa da, 33 yaşlı yarımmüdafiəçi karyerasını başa vurub, baş məşqçi kimi çalışmaq niyyətindədir.