“Rakuv”un keçmiş idman direktoru Pavel Tomçik Azərbaycan millisinin "Legiya"da çıxış edən futbolçusu Mahir Emreli haqqında danışıb.
"CEMPİON.AZ" xəbər verir ki, o, Polşa mətbuatına açıqlamasında deyib:
“Legiya”nın ən yaxşı yay transferləri Mahir Emreli və Maik Navroçkidir. Birinci vacib qollar vurur, digəri müdafiənin liderlərindən birinə çevrilməklə Polşa millisinə namizəddir. ”Mahir Emreli “Rakuv”a keçə bilərdi. Onunla danışıq prosesi Artur Sobieç və Maik Navroçkidən bir qədər fərqli idi. Emreli məsələsində hər şeyin bizdən asılı olduğu bir an var idi. Ancaq onun bizə uyğun oyunçu olub-olmayacağına yüz faiz əmin deyildik. Emrelinin “Rakuv”a keçidinə əmin olsaydıq, yəqin ki, indi bizim oyunçu idi”.
Qeyd edək ki, Mahir bu yay Varşava təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.
BİZİM FUTBOL
"Mahir Emreli yəqin ki, indi bizim oyunçu idi"
05.10.2021 18:47
607