06.10.2021 11:43
545
“Yuventus”un hücumçusu Paulo Dibalanın taleyinə aydınlıq gəlib.
"CEMPİON.AZ" xəbər verir ki. Argentina millisinin üzvü Turin klubundakı çıxışını davam etdirəcək.
27 yaşlı ön xətt oyunçusu ilə rəhbərlik arasında yeni müqavilə məsələsində razılıq əldə olunub. Hazırkı sözləşməsi mövsümün sonuna qədər olan Dibala bunu 2025-ci ilin yayına qədər uzatmağa razılaşıb. Yaxın günlərdə tərəflər arasında münasibətlər rəsmiləşəcək.
Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən “Yuventus”un formasını geyinir.