08.10.2021 17:08
478
İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi məlum olub.
"CEMPİON.AZ" xəbər verir ki, ötən ayın ən yaxşısı "Arsenal"ın çalışdırıcısı Mikel Arteta olub. O, Pep Qvardiola ("Mançester Siti"), Yurgen Klopp ("Liverpul"), Qrem Potter ("Brayton"), Din Smitti ("Aston Villa") qabaqlayıb.
Qeyd edək ki, Artetanın komandası ötən ay Premyer Liqada 3 matçdan 2-də qalib gəlib.