“Milli komandada oynamaq çətindir".
"CEMPİON.AZ" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov deyib.
29 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində sabah İrlandiya ilə Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında ölkə xaricində çıxış edən oyunçuların millidə zəif çıxış etmələri ilə bağlı sualı cavablandırıb: “Millidə məsuliyyət böyükdür. Çıxıb bütün gücünü meydanda qoymalısan ki, hamı tərifləsin. Mahir Emreli Polşada Azərbaycan futbolunu uğurla təmsil edir. Görürlər ki, bizdən də yaxşı futbolçu çıxır. Bu çox xoşdur. İstəyirik ki, millidə də eyni oyunu göstərsin, hər oyun qol vursun. İnşallah, ölkə xaricində çıxış edən futbolçuların hamısı daha böyük uğurlar qazanarlar".
BİZİM FUTBOL
Emin Mahmudov: "Bütün gücünü meydanda qoymalısan"
08.10.2021 17:54
530