11.10.2021 11:13
469
“Lüksemburqa qarşı daha yaxşı oynamalı idik. Rəqib çox yaxşı çıxış etdi”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu Serbiya yığmasının yarımmüdafiəçisi Duşan Tadiç DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq üzərində 1:0 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.
33 yaşlı futbolçu pleymeyker sabah Azərbaycan millisinə qarşı keçiriləcək oyun barədə də fikirlərini bildirib. “Ayaks”ın üzvü qələbə qazanacaqlarından əmin danışıb: “Lüksemburqla görüşü unudacağıq. Pis-yaxşı 3 xal əldə etdik. Artıq növbəti oyuna köklənmişik. Azərbaycanı da məğlub edəcəyik. Ondan sonra Portuqaliyaya qarşı final matçına hazırlaşacağıq”.