12.10.2021 17:26
472
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt yeni müqavilə müddətini uzadacaq.
"CEMPİON.AZ" xəbər verir ki, bunu 51 yaşlı mütəxəssis özü açıqlayıb.
O bildirib ki, tezliklə İngiltərə Futbol Assosiasiyası ilə yeni sözləşməni müzakirə edəcək: “Keçən ay danışıqları payızın sonuna qədər təxirə salmağı xahiş etdim. Çünki bu oyunlara diqqət yetirmək istəyirdim. Avropa çempionatından sonra belə bir turnirdə oynadığımız üçün böyük emosiyalar və yorğunluq var idi. Assosiasiya direktoru məni dəstəkləyir. Fikrimcə, danışıqda hər hansı bir problem yaşanmayacaq”.
Hazırkı müqaviləsi DÇ-2022-nin sonuna qədər olan Sautqeyt gələn həftə bunun uzadılması məsələsinə baxılacağını vurğulayıb.