13.10.2021 12:51
467
“Qalatasaray”ın yollarını ayırmağa hazırlaşdığı ilk futbolçu bəlli olub.
"CEMPİON.AZ" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müdafiəçi Markao “cim-bom”la vidalaşmağa yaxındır.
25 yaşlı braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək. Çünki Markaonun meneceri ilə “Palmeyras” rəhbərliyi arasında danışıqlar müsbət nəticələnib. Mərkəz müdafiəçisinin razılığını alan braziliyalılar İstanbul təmsilçisinə 10 milyon avroluq təklif göndərmək qərarına gəlib.